Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2022 22:06
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündə baş verən partlayışı terror aktı adlandırıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşü zamanı bildirib.
Rusiya lideri Bastrikinin hesabatından sonra bildirib ki, hücumun ölkənin mühüm mülki infrastrukturunu məhv etmək məqsədi daşıdığına şübhə yoxdur.
Vladimir Putin deyib ki, Krım körpüsünün dağıdılmasının müəllifləri, sifarişçiləri və icraçıları Ukraynanın xüsusi xidmət orqanlarıdır. Dövlət başçısının sözlərinə görə, hücum Rusiya Federasiyasının kritik infrastrukturunu məhv etmək məqsədi daşıyırdı.
Bastrıkin əlavə edib ki, insidentdə həm Ukraynanın xüsusi xidmət orqanları, həm də bu terror aktının hazırlanmasında köməklik göstərən Rusiya və xarici ölkələrin vətəndaşları günahkardır.
Qeyd edək ki, Krım körpüsündə partlayış oktyabrın 8-də səhər saatlarında baş verib. İlkin məlumata görə, partlayış zamanı 3 nəfər ölüb, eyni sayda insan itkin düşüb.