Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzada ölən qadınlar toydan evə qayıdırmış

Qəzada ölən qadınlar toydan evə qayıdırmış

Tarix: 10 Oktyabr 2022 11:20

Oktyabrın 9-na keçən gecə Sabirabadda baş vermiş ağır yol qəzasında ölənlərin və yaralananların şəxsiyyəti müəyyənləşib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaratəpə kəndi ərazisində Əhmədabad kənd sakini, Səmidov Famil Vəli oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin aşması nəticəsində ölənlər onun həmkəndliləri: 1960-cı il təvəllüdlü Mahmudova Nailə Ağaqasım qızı və 1980-ci il təvəllüdlü Hacıyeva Elnarə Həmidxan qızı olub. Avtomobilin sürücüsü və digər sərnişinlər: 2008-cı il təvəllüdlü Hacıyev Səlamət Şükür oğlu, 2010-cu il təvəllüdlü Səmidli Gülay Famil qızı və 1980-ci il təvəllüdlü Həsənova Günay Həsənağa qızı isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, F.Səmidov hadisə vaxtı ailə üzvləri ilə birgə Sabirabad şəhərində yerləşən "Səma" şadlıq evində keçirilən toydan çıxaraq yaşadıqları kəndə qayıdırmış. Onlar həmin gün qonşularının toy mərasimində iştirak edib.

Hadisə zamanı onun idarə etdiyi avtomobil qaz borusuna çırpılaraq yolun kənarındakı su arxına aşıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Qəzada ölən qadınlar toydan evə qayıdırmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ