Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 23:50
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Liz Tras ilə telefon danışığı zamanı Kiyevə hərbi yardımı müzakirə etdiyini bildirib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Zelenski tviter hesabında yazıb.
"Baş nazir Liz Trasla telefon danışığım oldu. Biz Ukraynaya beynəlxalq siyasi və müdafiə dəstəyini gücləndirməkdə Böyük Britaniyanın rəhbərliyinə ümid edirik", - Zelenski yazıb.
O əlavə edib ki, rəsmi Kiyev Rusiyanın daha da təcrid olunması məsələsində Britaniyaya bel bağlayır.