Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə inəklər vergiyə cəlb oluna bilər

Bu ölkədə inəklər vergiyə cəlb oluna bilər

Tarix: 11 Oktyabr 2022 08:12

Yeni Zelandiya hökuməti iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində kənd təsərrüfatı heyvanlarının gəyirmə və sidik ifrazı nəticəsində buraxdığı qazların vergiyə cəlb edilməsini təklif edib, lakin fermerlər bu təşəbbüsə qarşı çıxıblar.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Yeni Zelandiya hökuməti belə bir verginin dünyada ilk olacağını, fermerlərin isə məhsullarının qiymətini artırmaqla xərclərini geri qaytara biləcəklərini bildirib.

Fermerlər Federasiyasının prezidenti Endryu Hoqqard deyib ki, fermerlər emissiyaları azaltmaq planı üzərində iki ildən çoxdur hökumətlə işləməyə çalışırlar.

Onun fikrincə, belə bir vergi qəbul olunarsa, o zaman insanlar təsərrüfatlarını "o qədər tez satacaqlar ki, onlar gedəndə "pikap"ın arxasında itlərin hürdüyünü belə eşitməyəcəksiniz".

Mühafizəkar ACT partiyasından olan müxalif deputatların fikrincə, belə bir plan kənd təsərrüfatını başqa ölkələrə köçürməklə əslində bütün dünyada emissiyaları artıracaq.

Yeni Zelandiya üçün süd məhsulları ən mühüm gəlir mənbəyidir. Ümumilikdə beş milyon əhalisi olan ölkədə 10 milyona yaxın ətlik-südlük mal-qara, 26 milyon baş qoyun var.


Etiketlər:  ölkədə inəklər vergiyə cəlb oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ