Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 16:16
Amerikalı aktyor Conni Depp yeni stili ilə pərəstişkarlarını məyus edib. Belə ki, o, obrazına fərqlilik verən bığ və saqqalını təraş edib.
"Karib dənizinin quldurları"nın ulduzu bu obrazda Nyu-Yorkdakı "Capital Theater"də konsertindən əvvəl görünüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ancaq çiyinlərinə qədər açıq saçlarla və təmiz təraş edilmiş üzü ilə ictimaiyyət qarşısına çıxan Deppin yeni imici pərəstişkarları tərəfindən xoş qarşılanmayıb.
"Lənət olsun, mən həmişə Deppin qocalığında nə qədər karizmalı olacağını təsəvvür edirdim. Təəssüf ki, o, Mikki Rurk kimi ola bilər!", "O, əzgin görünür", "Onu belə görmək kədərlidir", "Qoca Conni, dəqiq sən təraş etməməli idin", - deyə sosial şəbəkə istifadəçiləri bildiriblər.