Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tarix: 11 Oktyabr 2022 23:00

Çili millisinin və Braziliya "Flamenqo"sunun futbolçusu Arturo Vidalın atası Erasmo Vidal Santyaqodakı atçılıq klubunda ölü tapılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, onun cəsədini həmin ərazidə yerləşən restoranın sahibi aşkar edib. İddiaya görə, ölümə ürək tutması səbəb olub.

Polisin hadisə ilə bağlı araşdırma apardığı bildirilib.

Qeyd edək ki, Arturo Vidal Çili millisində 2007-ci ildə debüt edib. 35 yaşlı yarımmüdafiəçi yığmada 133 oyun keçirib və 32 qol vurub.

Milli.Az


Etiketlər:  Tanınmış futbolçunun atasının meyiti tapılıb


RƏYLƏR