Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toy üçün danışdıqları restoranda yas keçirdilər... - FOTO

Toy üçün danışdıqları restoranda yas keçirdilər... - FOTO

Tarix: 12 Oktyabr 2022 08:10

Bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Nəcəfzadə Hüseyn Abbasqulu oğlunun ötən gün toyu keçirilməli idi.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin ailə üzvləri, o cümlədən nişanlısı ötən gün toy üçün danışılan restoranda bir araya gələrək Hüseyn Nəcəfzadəni anıblar.

Qeyd edək ki, H.Nəcəzafzadənin atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Milli.Az


Etiketlər:  Toy üçün danışdıqları restoranda yas keçirdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ