Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəlindən seçilməyən Ajda tənqid edildi

Gəlindən seçilməyən Ajda tənqid edildi

Tarix: 14 Oktyabr 2022 15:34

Ajda Pekkan ötən günlərdə toy məclislərindən birində çıxış edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi fotoları instaqram hesabında paylaşaraq, cütlüyə xoşbəxtlik diləyib.

Diqqət çəkən məqam isə Ajdanın səhnə geyimi olub. Uzun, ağ rəng libası ilə müğənni gəlindən seçilməyib.

Sözügedən libas sosial şəbəkə izləyiciləri arasında müzakirə yaradıb.

Kimisi ifaçının tərzini bəyəndiyini qeyd etsə də, bir çoxları "toyda sadəcə gəlin bəyaz rəng geyinməlidir" deyərək Pekkanı geyiminə görə tənqid edib.

Milli.Az


Etiketlər:  Gəlindən seçilməyən Ajda tənqid edildi


RƏYLƏR