Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yaralı rusiyalı hərbçilərin ölüm nisbəti 50 faizdən çoxdur” - Ukrayna Baş Qərargahı

“Yaralı rusiyalı hərbçilərin ölüm nisbəti 50 faizdən çoxdur” - Ukrayna Baş Qərargahı

Tarix: 15 Oktyabr 2022 10:52

Tibbi yardımın keyfiyyətsizliyi və Rusiya komandanlığının ağır yaralıları təxliyə etmək istəməməsi səbəbindən rusiyalı yaralı hərbçilər arasında ölüm nisbəti 50 faizi ötür.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə UNİAN Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qərargahdan bildirilib ki, mövcud məlumatlara əsasən, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində çoxlu sayda yaralı tibb müəssisələrinə yerləşdirilir. Belə ki, Donetskdəki xəstəxanalardan birinə bu həftə 100-ə yaxın yaralı çatdırılıb.

Zaporojye vilayətinin Tokmak şəhərində xəstəxanalar dolub. Yerli sakinlərin verdiyi məlumata görə, həkimlərin işinin çoxluğu və çarpayı çatışmazlığı səbəbindən mülki vətəndaşlar xəstəxanalara qəbul edilmir.


Etiketlər:  Yaralı rusiyalı hərbçilərin ölüm nisbəti faizdən çoxdur Ukrayna Baş Qərargahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ