Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın itkilərlə bağlı iddialarına XİN-dən cavab

Ermənistanın itkilərlə bağlı iddialarına XİN-dən cavab

Tarix: 15 Oktyabr 2022 14:15

"Ermənistan rəsmiləri yalan məlumatlar yaymaqla, manipulyasiyalar yolu ilə cəmiyyətdə mövcud olan narazılıqlara, xüsusilə də övladlarını itirən qəzəbli valideynlərə təsir etmək istəyir".

Sonxeber.net bildirir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva deyib ki, ordusunun səriştəsizliyini ört-basdır etmək istəyən, ölkədaxili gündəmi eybəcər üsullarla dəyişməyə çalışan Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki, birinci növbədə öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar: "Bunun başqa yolu mövcud deyil".


Etiketlər:  Ermənistanın itkilərlə bağlı iddialarına XİN dən cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ