Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfərbər edilmiş ruslar mülki geyimdə döyüşə göndərilir

Səfərbər edilmiş ruslar mülki geyimdə döyüşə göndərilir

Tarix: 15 Oktyabr 2022 23:56

Rusiya Federasiyasında səfərbərlik maddi təminatla bağlı problemlərə baxmayaraq davam edir. Ukraynanın işğal olunmuş ərazilərində rusların mülki geyimdə olması halları artıq qeydə alınıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, səfərbər olunanların bir hissəsi Zaporojye vilayətinin Pologiya şəhərinə gəlib. Rusların şəxsi heyəti mülki geyimdədir.

Həmçinin Rusiyada səfərbərlik başlayandan müəllim çatışmazlığı kəskin şəkildə artıb - müəllimlər ya cəbhəyə gedir, ya mühacirətə gedir, ya da gizlənir.

Bununla yanaşı, Moskvada polis evsizlərə qarşı reydlər keçirir. Onlara çağırış vərəqəsi verilərək hərbi komissarlıqlara aparılır, sonra isə müharibəyə göndərilir.


Etiketlər:  Səfərbər edilmiş ruslar mülki geyimdə döyüşə göndərilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ