Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2022 10:45
"Pula görə bilmirəm kim nə hoqqadan çıxır. Ailə qurmuşam, hoqqa etməmişəm və pul görə də yox".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseynova sosial media hesabında yazıb. O, həyat yoldaşı Sərxanla boşanmasının ardından ünvanına yazılan fikirlərə belə münasibət bildirib:
"Həyat yoldaşımdan aldatdığına, yalanlar söylədiyinə görə ayrılmışam. Dəfələrlə yalanlarına göz yummuşam, ailəm dağılmasın deyə. Axırıncı dəfə başqa planlarla gəlirdi deyə, ayrılmağa məcbur buraxdı. Çox söhbətlər var, açıqlamıram. Bütün psixologiyamı korlayıb, mənəvi əziyyət edib. Ailə dağıtmırdım, bunu o, istədi, o həddə çatdırdı. Gəl, əl-ələ verək işləyək, bu insan ona da razı deyildi. Məcburam belə insana dözməyə? Kim məni qınayır, başına gəlsin!"
Qeyd edək ki, Mina həyat yoldaşı ilə martda ailə qurmuşdu.