Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Partlayış baş verən mədənin rəhbəri işdən çıxarıldı

Partlayış baş verən mədənin rəhbəri işdən çıxarıldı

Tarix: 16 Oktyabr 2022 10:38

Türkiyənin Bartın bölgəsində baş verən mədən faciəsindən sonra rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, araşdırma nəticəsində mədənin texniki rəhbəri vəzifəsindən azad edilib.

Mədənçilərin çoxunun 320 metr dərinlikdə həyatını itirdiyi müəyyən edilib.

Xilasedicilər lazımi təhlükəsizliyi təmin etdikdən sonra 350 metr dərinliyə enərək partlayışın baş verdiyi əraziyə daxil olub və mədənçilərin nəşlərini çıxarıblar.

Qeyd edək ki, mədən faciəsində 41 insan ölüb.


Etiketlər:  Partlayış baş verən mədənin rəhbəri işdən çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ