Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtkin düşən 12 yaşlı qızın çamadandan meyiti tapıldı

İtkin düşən 12 yaşlı qızın çamadandan meyiti tapıldı

Tarix: 18 Oktyabr 2022 02:44

Parisdə 12 yaşlı qızın cəsədi olan çamadan tapılıb. Dərsdən sonra geri qayıtmayan məktəbli qızın itkin düşməsi barədə anası hüquq-mühafizə orqanlarına məlumat verib. Bir müddət sonra polis 19-cu məhəllədə yaşayış binasının yaxınlığındakı dəhşətli tapıntıdan xəbər tutub.

Milli.Az bildirir ki, "İndependent" yazır ki, uşaq vəhşicəsinə öldürülüb, sonra isə küçəyə atılıb.

Çamadanda tapılan ölü qızın əl-ayağını cinayətkarlar bağlayıb. Onun üzü yapışqanla örtülüb, boğazında bir neçə kəsik olub. Meyitin üzərində 1 və 0 rəqəmləri aşkar edilib. Polisin qeyd etdiyi kimi, onların üzərində oyma və rənglənmə olmayıb. Qəzetin mənbələri onların dəriyə "bir növ cihazın köməyi ilə" vurulduğunu bildirib. Onların nə demək istədiyi hələ məlum olmayıb. Müayinə zamanı uşağın boğularaq öldüyü məlum olub.

Məktəbli qızın yaşadığı evin zirzəmisində uşağın qaçırılma izləri tapılıb. Polisin məlumatına görə, kameralar çamadanı olan bir qadını çəkib. Polis əmindir ki, qızın cəsədi sonradan məhz həmin çamadanda aşkar edilib. Dörd nəfər, o cümlədən çamadan tapıldığını bildirən bir nəfər saxlanılıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  İtkin düşən 12 yaşlı qızın çamadandan meyiti tapıldı


RƏYLƏR