Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 14:20
Azərbaycan tibb ictimaiyyətinə ağır itki üz verib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rəhbəri, tibb elmləri doktoru, professor Oqtay Seyidbəyov 82 yaşında vəfat edib.
Qeyd edək ki, O. Seyidbəyov Bakıda anadan olub. O, 300-dən çox elmi iş, dərs vəsaitləri, metodik tösviyələrin müəllifidir. Onun məqalələri həm Azərbaycanda, həm də respublikamızın hüdudlarından kənarda çap olunub. Alim Azərbaycanın tibb elminə böyük töhfələr verib.
O. Seyidbəyov 1991-ci ildən ömrünün son günlərinə kimi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına rəhbərlik edib.
Professorun Azərbaycanda tibbin inkişafı sahəsində xidmətləri dövlət tərəfindən qiymətləndirilib. 1987-ci ildə ona "Əməkdar həkim", 2000-ci ildə isə "Əməkdar elm xadimi" fəxri adları verilib.