Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 06:44
Rusiyada, Sverdlovsk vilayətinin Alapayevsk şəhərində iki yeniyetmə əylənmək qərarına gələrək 69 yaşlı təqaüdçünü diri-diri yandırıblar.
Sonxeber.net bildirir ki, bu barədə Life-a mənbə məlumat verib. Onun sözlərinə görə, hər şey oktyabrın 16-da baş verib.
Doqquzuncu sinif şagirdi və onun 12 yaşlı dostu gəzərkən yaşlı qadını görüblər. Dostlar yanacaqla dolu butulkaları çıxarıb, yoldan keçən qadına alışan maye tökərək yandırıblar.
Təqaüdçü qadın alovlananda yeniyetmələr qorxaraq su üçün qonşu evə qaçıblar. Onlar yerli sakinlərə yalan danışıblar ki, küçədə yanğın olub, bundan sonra xuliqanlara vedrə veriblər, amma artıq gec olub - qadın başının və bədəninin ağır yanıqlarından ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 9-cu sinif şagirdi hələlik azadlığa buraxılıb, sabah onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.
İrfan Vəliyev