Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 09:10
Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə sosial şəbəkədə paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, musiqiçi qayınatası və ərinin fotosunu izləyiciləri ilə bölüşərək aktyorun 62 yaşının tamam olduğunu bildirib.
Suada paylaşımına "Jan-Klod ata, ad günün mübarək" sözlərini yazıb.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub.