Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyevdən İrana tərs şillə

Kiyevdən İrana tərs şillə

Tarix: 19 Oktyabr 2022 15:06

Ali Rada Ukraynaya qarşı silahlı təcavüzdə İranın yardımını pisləyən bəyanat qəbul edib.

Sonxeber.net Unian-a istinadən bildirir ki, xalq deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, 8133 saylı müvafiq qətnamənin qəbuluna 303 deputat "lehinə" səs verib.

"Rada İran İslam Respublikasının Ukraynaya qarşı silahlı təcavüzə yardımını pisləyən bəyanat qəbul edib... Diplomatik münasibətlərin kəsilməsi yox, sadəcə olaraq pislənilib", - o deyib.

Xüsusilə, Ali Rada bu bəyanatında qeyd edib ki, İranın Rusiya Federasiyasına silah tədarükü ilə bağlı qərarları İranı Ukraynaya qarşı silahlı təcavüzün nəticələrinə görə məsuliyyət daşıyır.

Parlament həmçinin qeyd edib ki, İran tərəfindən Rusiya Federasiyasına silah tədarükü Ukrayna və İran arasında ikitərəfli münasibətlərə xələl gətirir və BMT Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsi ilə uyğun gəlmir.

İrfan Vəliyev


Etiketlər:  Kiyevdən İrana tərs şillə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ