Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 05:05
Bakı. Trend:
BMT baş katibinin təşəbbüsü ilə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi tərəfindən hazırlanmış BMT-nin “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı Azərbaycanın təklifi Fəaliyyət Planının “Qarşısıalınma” (“Prevention”) bölməsində əks etdirilib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmədə qeyd olunur: “BMT-nin təşkilatları, Avropa Şurası və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan tərəfindən iki ildə bir dəfə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biridir.”
Qeyd edək ki, sözügedən Fəaliyyət Planının 12 sentyabr 2019-cu il tarixində keçirilmiş təqdimatında BMT-nin baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Moratinos, həmçinin Azərbaycan və digər ölkələrin nümayəndələri çıxış etmişdirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin