Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 22:58
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq" Almaniya Kubokunda 1/8 finala yüksəlib.
Sonxeber.net "report"a istinadən bildirir ki, Kristian Ştrayxın baş məşqçi olduğu komanda 1/16 finalda evdə "Sankt-Pauli"ni 2:1 hesabı ilə məğlub edib.
İlk qolu 43-cü dəqiqədə qonaqlardan Lukas Daşner vurub. Meydan sahibləri 90+3-cü dəqiqədə Mattias Ginterlə tarazlığı bərpa edib. Matçın əsas vaxtı bu hesabla başa çatıb. 119-cu dəqiqədə isə Mixael Qreqoriç Frayburq təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.