Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Tarix: 3 Oktyabr 2019 09:27

Bakı. Trend:

Oktyabrın 2-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102476S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 515 milyon 93 min 200 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib. Notlar oktyabrın 31-də ödəniləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ