Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

14 yaşlı oğlanın əkizini bıçaqlama səbəbi dəhşətə gətirir

14 yaşlı oğlanın əkizini bıçaqlama səbəbi dəhşətə gətirir

Tarix: 20 Oktyabr 2022 11:00

Moskvanın şimalında 14 yaşlı məktəbli əkiz qardaşını kompüter oynamağa vermədiyi üçün onun boynundan bıçaqlayıb.

Sonxeber.net bildirir ki, bu haqda Mk.ru xəbər verib.

Hadisə oktyabrın 18-də baş verib. Qardaşlar evdə nənələri ilə birlikdə olublar. Onlardan biri mətbəxdə oturub kompüter oyunu oynayıb, digəri ona kompüter verməyi xahiş edib. Oynayan yeniyetmə qardaşını vurmaqla hədələyib, qardaş isə cavab olaraq mətbəx bıçağını götürüb. Münaqişə nəticəsində bıçaq onlardan birinin boynuna dəyib.

Təqaüdçü təcili yardım çağırıb, uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər ona boyun nahiyəsində bıçaq yarası diaqnozu qoyublar və hazırda o, həkim nəzarətindədir.

Nəşr aydınlaşdırıb ki, qardaşlar arasında münasibətlər bir ildən çox əvvəl pisləşməyə başlayıb.

İrfan Vəliyev


Etiketlər:  yaşlı oğlanın əkizini bıçaqlama səbəbi dəhşətə gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ