Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 23:33
Ukraynanın Hərbi Hava Qüvvələri bu gün Rusiya qüvvələrinin Ukraynanın mülki infrastrukturunu məhv etmək üçün işə saldığı 15 İran PUA-sını vurub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sosial media hesabında paylaşım edilib.
Məlumatda deyilir ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası cari gündə 6 zərbə endirib:
"Silah və hərbi texnikanın cəmləşdiyi 2 ərazinin, 2 dayaq məntəqəsinin, həmçinin düşmənin zenit-raket komplekslərinin 2 mövqeyinin məğlubiyyəti təsdiqlənib. Hava hücumundan müdafiə bölmələri 15 "Şahed-136" PUA-sı vurub".
Qeyd edilir ki, bunlar İranın Rusiyaya satdığı PUA-lardır.