Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2022 15:33
Prezident İlham Əliyev "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.
Müşahidə Şurasının sədri
Aydın Kərimov - Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri
Elnur Əliyev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Elnur Əliyev - Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini
Namiq Hümmətov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.