Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 08:08
Fransa və Almaniyanın "dostluğu" əslində öz aralarında daimi fikir ayrılığı və mübarizədir, Avropa İttifaqı isə hər iki ölkə üçün sadəcə olaraq xarici siyasətdə məqsədlərinə çatmaq vasitəsidir.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu fikirlər "Junge Welt"in köşə yazarı Yorq Kronauerin məqaləsində yer alıb.
Məqalə müəllifi yazıb ki, rəsmi Berlin və Paris yalnız dünya siyasətində öz maraqlarını irəli aparmaq üçün gücləndirici amil kimi Avropa İttifaqından istifadə edir.
Jurnalist izah edib ki, Fransa və Almaniyanın milli maraqları əsaslı şəkildə fərqlidir, yəni hər iki ölkənin siyasəti ümumi Avropa maraqlarından daha vacibdir.
"Dostluq deyilən şeyin ən bariz ifadəsi daimi siyasi yumruq davaları və iqtisadi bıçaqlanmalardır. Beləliklə, məsələn, Parisdə Berlinin iqtisadi üstünlüyündən Aİ tərəfdaşları ilə düzgün mübarizə aparmaq üçün istifadə etdiyinə inanırlar".