Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İldırım vurdu, sağ qaldı

İldırım vurdu, sağ qaldı

Tarix: 22 Oktyabr 2022 17:50

ABŞ-ın Arizona ştatının sakini ildırım vurduqdan sonra ürəyi dayanan qızını reanimasiya edə bilib və onun həyatını xilas edib.

Sonxeber.net bildirir ki, bu barədə "Fox Weather" xəbər verib.

Ella adlı 12 yaşlı qız atası Stiv Yorgensenlə yağışda oynayıb. Birdən tufan qopub və qızı ildırım vurub. Qızın ürəyi dayanıb. Ata köməyə qaçıb və döş qəfəsini sıxıb. "Mən onun ürəyini işə saldım. Qısa müddətə nəfəs almağa başladı, lakin sonra yenidən dayandı. Panikaya düşdüm və yenidən reanimasiyaya başladım. Ürək bir azdan döyünməyə başladı", - o deyib.

Qızın ürəyi yenidən dayanıb, amma atası ikinci dəfə ürəyini işə sala bilib. Bundan sonra qız xəstəxanaya yerləşdirilib. O, yanıq mərkəzində özünə gəlib. Cərrah Kevin Foster atasının onun həyatını xilas etdiyini bildirib. "Ata onun ürəyinin dayandığını anladı və onu effektiv şəkildə reanimasiya edə bildi. Bu, onu xilas etdi", - həkim deyib.

Qız hazırda xəstəxanada sağalır və əhvalı yaxşıdır. Yuxudan ayılandan və baş verənlərdən xəbər tutandan dərhal sonra qız zarafat etməyə başlayıb.

İrfan Vəliyev


Etiketlər:  İldırım vurdu sağ qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ