Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' İngiltərə Liqa kubokunda qaldı

''Liverpul'' İngiltərə Liqa kubokunda qaldı

Tarix: 3 Oktyabr 2019 13:08

İngiltərə Futbol Liqası "Liverpul"u İngiltərə Liqa kubokundan kənarlaşdırmayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Mersisayd təmsilçisi1/16 finalda "Milton Kins Dons"la matçda reqlamentdə səhvə yol versə də, klubun turnirdə qalmasına qərar verilib. Ancaq "Liverpul" 200 min funt sterlinq məbləğində cərimələnib. İngiltərə təmsilçisinə verilən məbləğin yarısı şərtidir və növbəti mövsüm hansısa qayda pozulacağı təqdirdə, klub onu ödəməli olacaq.

Qeyd edək ki, "Liverpul"un 2:0 hesabı ilə qalib gəldiyi sözügedən görüşdə iştirak hüququ olmayan 22 yaşlı Pedro Çirivelya çıxış edib.

 


Etiketlər:  Liverpul İngiltərə Liqa kubokunda qaldı


RƏYLƏR