Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sıladan İranlı qadınlara dəstək - VİDEO

Sıladan İranlı qadınlara dəstək - VİDEO

Tarix: 23 Oktyabr 2022 00:25

Türkiyəli musiqiçi Sıla Gənçoğlu yeni "Oyansın yatanlar"("Kalksın uyuyanlar") adlı mahnısına klipini təqdim edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,Sıla klipi əxlaq polisi tərəfindən hicab qadağasına tabe olmadığı üçün öldürülən Məhsa Emini və azadlıq mübarizəsinə başlayan iranlı qadınlara həsr edib.

Sıla klip üçün yazdığı mətndə bu ifadələrdən istifadə edib:

"Azadlıq üsyan deyil, şəraitə görə elə bilinir, amma deyil. Azadlıq heç kimə məxsus deyil, şəxsidir. Fərdi qərardır, məqsəddir. Məcburiyyətə "Yox" deməyi bacarıb, qəlbə saplanmış daşı qoparıb atmaqdır, azadlıq.

Zalıma ağıl, mərhəmət, şəfa və vicdan diləmək, anlamayan hər kəsə anlatmaq borcumuzdur. Dünyada hürriyyətə inamını itirmiş bütün bacı-qardaşlarım, ləyaqətinin dalınca gedən iranlı bacılarım, sizin möhkəm əllərinizi tutmağa and içmişəm. O bayraq bizimdir. O bayraq bizik. Saçlar küləyə sovrulmaq üçündür və müdafiəsizdir. Zaman bumeranqdır".

Milli.Az


Etiketlər:  Sıladan İranlı qadınlara dəstək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ