Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 20:22
"Hansı qadın özünə ayrılıq arzulayır? Həyatı özüm qurdum, valideynlərim razı deyildi. O qədər xeyir-dualı ailələr görürük ki, alınmır. Bilmək olmur".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "O kimdir" layhəsində deyib.
Müğənni ayrıldığı həyat yoldaşı, prodüser Rəhman Əliyevlə bağlı sualları cavablandırıb.
Ağayeva bildirib ki, ayrılıq zamanı keçmiş həyat yoldaşı onun haqqında sifarişli yazılar yazdırıb:
"Onun dəstəkçiləri var idi. Qəsdən yönləndirilmiş planlar var idi. Elə jurnalistlər var idi buna getmişdi. İnsanı tanımadan haqqında səhvlər yazmaq, pulu alıb evinə aparmaq nə dərəcədə məntiqlidir?"
Qeyd edək ki, Tünzalənin bu nikahdan bir qız övladı var.