Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maşınların altında qalan piyada hissələrə bölündü

Maşınların altında qalan piyada hissələrə bölündü

Tarix: 23 Oktyabr 2022 22:06

Kürdəmir rayonunda avtomobillərin altında qalan piyadanın bədəni bir neçə hissəyə parçalanıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Şevrolet" markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı sakini Alızadə İsmayıl Sakit oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Ərəbqubalı kənd sakini Əliyev İlham Sabir oğlunu vurub.

Piyada zərbənin təsirindən yolun digər hissəsinə düşüb və digər avtomobillərin altında qalıb. Nəticədə piyadanın bədəni bir neçə hissəyə parçalanıb.

Dünyasını dəyişən şəxsin cəsədinin qalıqları yoldan yığılaraq aidiyyatı üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Maşınların altında qalan piyada hissələrə bölündü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ