Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 19:26
Moskva vilayətində ana və bacısı altı yaşlı qızı şiddətlə döyüb, faktla bağlı cinayət işi başlanıb.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə Orexovo-Zuyevoda baş verib. Yerli sakinlərin sözlərinə görə, uşağın atası mənzildə bütün zorakılıqları lentə alan videomüşahidə kamerası quraşdırıb. Yayımlanan görüntülərə şərhdə döyülmələrin sistematik şəkildə baş verdiyi bildirilib.
Videoda qızın küncdə dayanıb ağladığı görünüb. Bundan sonra kadrda uşağa nalayiq sözlər deyən, çarpayıya atan və hıçqırmağa davam etdiyi üçün onu döyməyə başlayan pencəkli qadın peyda olub.
Müstəntiqlər işgəncə ilə bağlı cinayət işi açıblar. "Hazırda müstəntiqlər törədilmiş cinayətin bütün hallarını müəyyənləşdirir, uşağın valideynlərinə dair xarakteristika materiallarının toplanması ilə bağlı göstərişlər verilib", - Komitənin açıqlamasında deyilir.
İrfan Vəliyev