Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya-Azərbaycan-Ermənistan sammiti ilə bağlı - Açıqlama

Rusiya-Azərbaycan-Ermənistan sammiti ilə bağlı - Açıqlama

Tarix: 25 Oktyabr 2022 08:28

"Rusiya-Azərbaycan-Ermənistan sammitinə hazırlıq gedir, onun keçirilmə tarixini və yerini Kreml açıqlayacaq".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Rusiyaya üçtərəfli görüşə dəvət edib. O bildirib ki, zirvə görüşü hazırlanır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sammitdə üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsinin planlaşdırıldığını bildirib.

Xatırladaq ki, 2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri  üçtərəfli bəyanat imzalayıblar. Bundan əlavə, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da üçtərəfli formatda iki görüş keçirilib. Nəticədə regional kommunikasiyaların blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların yaradılması ilə bağlı bəyanatlar qəbul edilib.


Etiketlər:  Rusiya Azərbaycan Ermənistan sammiti ilə bağlı Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ