Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu ərazini itirəcək, günahkar Surovikin olacaq

Rusiya bu ərazini itirəcək, günahkar Surovikin olacaq

Tarix: 26 Oktyabr 2022 11:58

Rusiya yaxın zamanda Xersonu itirəcək və bu, Rusiya cəmiyyətində ağrılı situasiyaya gətirib çıxaracaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.

"Bu, aydın məsələdir. Surovikinin (Rusiyanın Ukraynadakı qoşunlarının komandanı - red.) dediklərini də nəzərə alsaq, o da bunu anlayır. Ona görə də bu, baş verəcək", - deyə o bildirib.

Ponomaryovun sözlərinə görə, Sergey Surovikin Xersonun itirilməsindən sonra Şoyquya yönələn tənqidlərin dəf olunması üçün Ukraynadakı Rusiya qoşunlarına komandan təyin edilib.

Milli.Az


Etiketlər:  Rusiya ərazini itirəcək günahkar Surovikin olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ