Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2022 19:00
Sumqayıtda 5 minə yaxın sakinin yaşadığı Sarıqaya yaşayış massivində marşrut problemi yaşanır. Sakinlər ərazidə avtobus sayının azlığından şikayətlənirlər. İddia olunur ki, xəttə bir avtobus buraxilib ki, bu da sərnişin sıxlığına səbəb olur.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məktəbə tələsən şagirdlər, işinə vaxtında çatmaq istəyən sakinlər saatlarla avtobus gözləyirlər.
Avtobuslararası interval böyük olduğundan bəzən onlar uzaq məsafəni piyada getmək məcburiyyətində qalırlar.
İddiaya görə, 5 minə yaxın sakini olan Sarıqaya massivində ciddi nəqliyyat problemi yaşanır. Şəhər mərkəzindən yaşayış massivinə yalnız 40 nömrəli marşrut xətti fəaliyyət göstərir ki, onun da avtobuslarının sayı olduqca azdır.
Sarıqaya yaşayış massivində 21 nömrəli tam orta məktəb də var. Müəllim və şagirdlər marşrut problemi səbəbindən dərsə vaxtında çata bilmirlər.
"Sumqayıt Nəqliyyat-1" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, problemdən xəbərləri var. Məhz bu səbəbdən şəhər mərkəzindən gündə növbəli şəkildə bir neçə avtobus bu massivə ayrılır. Ancaq problemin kökü başqadır: "Qarajda maşın var, sadəcə sürücü yoxdur".
Bildirildi ki, əgər 40 nömrəli marşrut xəttində sürücü kimi işləmək istəyənlər müraciət edərlərsə, problem qısa vaxt ərzində öz həllini tapacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: