Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstana neçə min rusiyalı GƏLİB?

Gürcüstana neçə min rusiyalı GƏLİB?

Tarix: 27 Oktyabr 2022 08:30

Gürcüstan Daxili İşlər Nazirliyi bu ilin yanvar-sentyabr aylarında 112 733 Rusiya vətəndaşının ölkəyə gəldiyini bildirib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu, Ukraynadan gələnlərin sayından təxminən dörd dəfə çoxdur: Daxili İşlər Nazirliyinin məlumatına görə, ukraynalıların sayı 25 779 nəfərdir.

"Exo Kavkaza" saytının informasiyasına əsasən, Daxili İşlər Nazirliyi bu rəqəmləri hakim "Gürcü Arzusu" partiyasının üzvü Levan Karumidzenin parlament sorğusuna cavab olaraq verib. Bu gün Gürcüstana daxil olan rusların real sayı oktyabrda Rusiyada səfərbərlik elan edildikdən sonra gələnlərin hesabından daha çox ola bilər.

Xatırladaq ki, bundan öncə keçmiş prezident Mixail Saakaşvilinin müxalif "Vahid Milli Hərəkat" partiyasındakı tərəfdaşları ölkəyə Rusiya vətəndaşlarının axınından narahat olduqlarını ifadə etmişdi. Hakim "Gürcü arzusu" partiyası isə bu məsələ ilə əlaqədar ciddi təhlükə görmür.

Gürcüstanın əhalisi 2022-ci il yanvarın 1-nə 3 milyon 688 min nəfər olub. Bu isə o deməkdir ki, ölkədə qalan rusların sayı ümumi əhalinin təxminən üç faizini təşkil edir.


Etiketlər:  Gürcüstana neçə rusiyalı GƏLİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ