Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Tarix: 27 Oktyabr 2022 10:08

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 1,76 % artaraq 96,73 ABŞ dolları təşkil edib.

Bu barədə Sonxeber.net-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda "Brent" markalı neftin dekabr fyuçersləri 95,90 ABŞ dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Etiketlər:  Azərbaycan neftinin qiyməti dollara yaxınlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ