Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 10:30
Xerson istiqamətində vəziyyət Kiyev üçün xoşagəlməz istiqamətdə dəyişir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"İndi biz Xerson istiqamətinə keçirik. Orada vəziyyət bizim üçün xoşagəlməz istiqamətdə dəyişir. Əlavə olaraq altıya yaxın batalyon taktiki qrupu yerləşdirilib, ümumilikdə rus qüvvələrinin sayı 30 batalyon civarındadır. Bu, nəhəng hərbi qüvvədir, onu darmadağın etmək çox çətin olacaq", - deyə Arestoviç bildirib.