Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 14:40
Oskar mükafatlı britaniyalı aktrisa Cudi Denç ciddi görmə problemlərindən danışıb, bu səbəbdən artıq oxuyub yaza bilmir.
Sonxeber.net bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.
Yeddi Ceyms Bond haqda filmin 87 yaşlı ulduzu etiraf edib ki, o, torlu qişada patoloji proseslərlə əlaqəli, yaşla bağlı xroniki xəstəlik olan və geri dönməz olan makulyar degenerasiyadan əziyyət çəkir. Xəstəlik Dençin demək olar ki, tamamilə görmə itkisinə səbəb olub. Onun sözlərinə görə, nəinki oxuyub yaza bilir, hətta bəzən yeməyini çətinliklə kəsir, bu səbəbdən də yaxınlarından kömək istəməyə məcbur olur.
Bununla belə, Denç deyib ki, görmə qabiliyyətinin azalması onu demək olar ki, 60 illik kino karyerasını bitirməyə məcbur etməyəcək: o, aktyorluğu dayandırmaqdan imtina edib. "Mən təqaüdə çıxmaq istəmirəm. Hazırda çəkiliş meydançasında çox şey etmirəm, çünki heç nə görə bilmirəm. Bu pisdir. Amma replikaları öyrənmək üçün özümə yeni bir yol tapmalıyam. Mən bunu edə bilərəm. Ətrafımda mənə kömək edə biləcək bir çox insan var", - deyə aktrisa izah edib.
İrfan Vəliyev