Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 18:45
"Qocalmışam. Köhnə fotolara və çəkilən videolara baxanda fərqi görürəm. Artıq 46 yaşım var. 32 ildir səhnədəyəm. Bizi cavan saxlayan isə səhnədir. O da olmasa təbii ki..."
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Həmin Zaur" proqramında qonaq olarkən deyib. İfaçı estetik əməliyyat etdirmədiyini vurğulayıb və botoks etdirən həmcinslərini buna görə qınayıb.
"Xarici görkəmimə əl gəzdirməmişəm. Yəni, heç bir şey etməmişəm. Nə varsa, hamısı özümünküdür. Bir də görürsən ki, kimsə saç əkdirir. Ona etirazım yoxdur. Saç əkdirmək gözəl şeydir. Saç olamayanda və ya burun həddən artıq yekə olanda insan kompleksə düşür. Böyük, əyri burnu aradan qaldırmaq üçün plastik əməliyyat keçirirlər. Burada nə var ki? Amma kişilərin üzə botoks vurdurmasını qəbul etmirəm".