Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günel Zeynalova Ebru Gündeş və Sibel Cana rəqib oldu

Günel Zeynalova Ebru Gündeş və Sibel Cana rəqib oldu

Tarix: 29 Oktyabr 2022 12:15

Müğənni Günel Zeynalova "Altın Kelebek" mükafatlarına namizəd olub.

Milli.Az Olay-a istinadən xəbər verir ki, ilk dəfə namizədlər arasında finala qalan ifaçı azərbaycanlı sənətçilərlə yox, türklərlə mübarizə aparacaq.

"Ən yaxşı arabesk-fantezi musiqisi qadın sənətçisi" kateqoriyasında yarışan Günelin rəqibləri də arabesk janrı üzrə sözünü demiş sənətçilərdir.

Onlar arasında Sibel Can, Ebru Yaşar, Zara, Ceylan da var.

Diqqətçəkən digər məqam isə Günelin rəqibləri arasında keçmiş nişanlısı Reza Zarrabla ona xəyanət edən Ebru Gündeşin də olmasıdır.

Milli.Az


Etiketlər:  Günel Zeynalova Ebru Gündeş Sibel Cana rəqib oldu


RƏYLƏR