Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 00:00
Bakı, Trend:
UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" oyunu erməni təxribatı ilə əlaqədar matçın 30-cu dəqiqəsində müvəqqəti dayandırılıb.
Matçın 30-cu dəqiqəsində "Qarabağ"ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağı gətirilib.
Hazırda oyunda fasilə elan olunub. Komandaların üzvləri meydanı tərk ediblər.
Xatırladaq ki, ağdamlılar matçın 11-ci dəqiqəsində Abdella Zubirin, 30-cu dəqiqədə isə Miçelin qolları ilə hesabda 2:0 irəlidədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin