Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 22:36
Qərb ölkələrinin Qarabağ məsələsi ilə bağlı təklifləri Ermənistan üçün qəbuledilməz deyil.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan "Mülki müqavilə" partiyasının 6-cı qurultayında deyib.
O bildirib ki, bir neçə təklif var:
"Birinci, təklif edilir ki, Ermənistan-Azərbaycan məsələsi həll edilsin, Qarabağ kənarda qalsın və hansısa status-kvo saxlansın.
İkinci təklif odur ki, gəlin, Qarabağ məsələsini də bitirək. Ancaq burda bir sual yaranır ki, Qarabağı bu ölkələrdən hansı Azərbaycanın tərkib hissəsi sayır, hansı yox. Məsələ budur ki, dünya ictimaiyyəti istisnasız olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir".
Sülhün bərqərar olmasına gəlincə, Paşinyan qeyd edib ki, əvvəlcə hansı fövqəldövlətlərin sazişlərin həyata keçirilməsinə zəmanət verdiyini və sülhün bərqərar olmasına kömək etdiyini başa düşməlisiniz.