Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Nalci" 100 insanı öldürdü, 1 milyon insanı pərişan qoydu - FOTO

Tarix: 31 Oktyabr 2022 11:30

Filippində "Nalci" tropik qasırğası nəticəsində təqribən 100 nəfər həlak olub.
Onlarla insan itkin düşmüş sayılır.

Milli.Az bildirir ki, təbii fəlakət təxminən 1 milyon filippinliyə ziyan vurub.

Ən təhlükəli zonalardan 360 mindən artıq insan təxliyə olunub, onlar üçün 12 mindən artıq sığınacaq yaradılıb.

"Nalci"nin daha çox vurduğu məkan Luson arxipelaqındakı adalardır. 150 bina yerlə yeksan olub.

Paytaxt Manilada da bir çox küçələr su altında qalıb.

Ölkənin 55 şəhərində təbii fəlakət rejimi elan olunub.

Milli.Az


Etiketlər:  Nalci 100 insanı öldürdü 1 milyon insanı pərişan qoydu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ