Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 02:32
Rusiyada, Kaluqada hüquq-mühafizə orqanlarının əməkdaşları 73 yaşlı anasını bıçaqlayaraq öldürən şəxsi saxlayıb.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Liliya Moşkova məlumat verib.
Məlumata görə, oktyabrın 30-na keçən gecə təqsirləndirilən şəxs təqaüdçüyə bir neçə bıçaq zərbəsi vuraraq ölümcül xəsarətlər yetirib. Daha sonra oğlu polisə zəng edərək cinayəti danışıb.
İlkin səbəb şübhəlinin xəstə olan yaşlı qadına qulluq etmək istəməməsi olub.
Fakta görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə iş başlanıb.
İrfan Vəliyev