Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 08:16
Filippində tüğyan edən "Nalji" tropik qasırğası 110 nəfərin həyatına son qoyub, təbii fəlakətdən ümumilikdə 2,41 milyondan çox insan zərər çəkib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Risklər barədə xəbərdarlıq və Təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şuranın çərşənbə axşamı yaydığı hesabatda bildirilir.
Agentliyin məlumatına görə, 865,9 min məcburi köçkün 2,72 min evakuasiya mərkəzindədir. 347,4 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Ən azı 101 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 33 insan itkin düşüb.
Qasırğa 5,03 min evə ziyan vurub, 1,5 mini dağılıb. Eyni zamanda 55 infrastruktur obyektinə dəyən ziyan 760,3 milyon peso (13,04 milyon ABŞ dolları) məbləğində qiymətləndirilir. Təbii fəlakət nəticəsində 422 yol və 101 körpü zədələnib. 294 şəhərdə elektrik enerjisində fasilələr qeydə alınıb, lakin 140-da artıq bərpa olunub, 41 bələdiyyədə rabitə, 12-də su təchizatında problemlər var.
Bununla yanaşı, 670 təhsil müəssisəsində dərslər, 230 müəssisədə isə iş dayandırılıb. Ölkənin 160 şəhər və bələdiyyəsində fövqəladə vəziyyət hökm sürür. Kənd təsərrüfatına dəyən zərər 1,3 milyard peso (22,37 milyon ABŞ dolları) həcmində qiymətləndirilir. Hökumət yardım üçün artıq 50,3 milyon peso (865,8 min dollar) ayırıb.