Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev Əlcəzairdə səfərdədir - FOTO

İlham Əliyev Əlcəzairdə səfərdədir - FOTO

Tarix: 1 Noyabr 2022 09:12

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.

Milli.Az


Etiketlər:  İlham Əliyev Əlcəzairdə səfərdədir FOTO


RƏYLƏR