Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyada yaşayan bir bəy 20 min manat bağışladı''

''Rusiyada yaşayan bir bəy 20 min manat bağışladı''

Tarix: 1 Noyabr 2022 17:35

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın boğazında şiş aşkarlanıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə müalicəsi üçün 254 min manat lazım olduğunu açıqlayıb. Bunun üçün Xasıyeva sənət adamlarına müraciət ünvanlayıb. 

Xanəndə bu günlərdə ona 50 min manat yardım edildiyini açıqlayıb. Muğam ifaçısı bildirib ki, ümumilikdə, 150 min toplaya bilib. 

"İnanıram ki, yenə də ən yaxın dostlarımın dəstəyi sayəsində bu səsimə qovuşacağam. Bir xanım 30 min manat, Rusiyada yaşayan bir bəy isə 20 min manat bağışladı" deyə, K.Xasıyeva açıqlayıb.

İfaçı əlavə edib ki, əməliyyatı üçün 100 min manat qalıb.

Qeyd edək ki, K.Xasıyeva bir xanım rəfiqəsinin ona 100 min bağışladığını demişdi. O, eyni zamanda Əməkdar artist Yusif Mustafayevin 1000 dollar göndərdiyini açıqlayıb. 

Xatırladaq ki, muğam ifaçısının mülaicəsi Almaniyada olacaq.

Milli.Az


Etiketlər:  Rusiyada yaşayan bəy manat bağışladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ