Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləcəri sakinləri günlərdir ki, su üzünə həsrətdirlər - VİDEO

Biləcəri sakinləri günlərdir ki, su üzünə həsrətdirlər - VİDEO

Tarix: 1 Noyabr 2022 20:40

"35 manat pul verib maşınla su alırıq. Sonra da gəlməyən suya görə sayğacın yazdığı məbləğdə əlavə pul ödəyirik. Axı bizim günahımız nədir?".

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu sualı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may məhəlləsi, Nihat Rzaxanov küçəsinin 200-dən sakini "Xəzər Xəbər"ə ünvanlayıb.

Sakinlər deyirlər ki, suyun kranını açıq saxlayırlar, birdən təsadüfən su gələr deyə. Ancaq krandan su əvəzinə hava gəlir.

Suyun olmamasına bəzi evlərin hündür ərazidə yerləşməsi də təsir edir.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin sözçüsü Anar Cəbrayıllı kranı açarkən sudan əvvəl havanın gəlməsinin normal olduğunu dedi.

Anar Cəbrayıllı bildirdi ki, həmin ərazi birbaşa magistral su kəmərindən qrafik rejimlə su aldığına görə buraya fasiləsiz suyun verilməsi mümkünsüzdür. Çünki əraziyə ayrılan su magistral kəmərin təzyiqinə uyğun olaraq tənzimlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Biləcəri sakinləri günlərdir üzünə həsrətdirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ