Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 21:27
İntim həyatı sönük olan, həftədə normada əlaqəsi olmayan kişilər un məmulatı və şirniyyata meyl edir. Bununla onlar qıcıqlanmalarını azaldır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə seksoloq Aleksandra Miller deyib.
"Kişinin cinsi həyatı pozularsa, seks defisiti yaranarsa, bu hormonal fonu pozur. Kişidə xoşbəxtlik hormonları - endorfin, oksitosin, prolaktin azalır.
Məhz bu hormon buketi kişidə stabil psixika, yaxşı əhval, tonus və pozitivliyi saxlayır. Onlar əskik olanda gərginlik artır, yuxu pozulur, kişilərin qida tələbi çoxalır, onlar sanki əvəzləyici kimi çox yeməyi və şirniyyatı seçirlər.
Əhvalı qaldıran qidalar isə şirin un məmulatıdır.
Kişi libidosuna vazopressin sekresiyası təsir edir, bu hormon həm həzz, həm də aqressiyaya cavabdehdir.
Əgər bu hormon həzzə xərclənmirsə, nevroz və qıcıqlanma yaranır.
Müntəzəm cinsi əlaqə kişini ürək damar problemlərindən də qoruya bilər".