Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - CANLI

Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - CANLI

Tarix: 1 Noyabr 2022 21:39

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edir.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.

X X X

Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.

Milli.Az


Etiketlər:  Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31 ci Zirvə toplantısının açılışında iştirak edir CANLI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ